>

General-mayor rütbəsi alan Seymur Qaraşov bu icra başçısının oğludur – DOSYE

 15-12-2025

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Seymur Taleh oğlu Qaraşova “general-mayor” ali hərbi rütbəsi verilib.

Milletinsesi.info xəbər verir ki , Seymur Qaraşov Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərə ali hərbi və ali xüsusi rütbələr verildi – SƏRƏNCAM


Seymur Qaraşov uzun müddətdir Fövqəladə Hallar Nazirliyində çalışır. O, bir müddət Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini olub.

Seymur Qaraşov 2023-cü ilin iyununda Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Taleh Qaraşov  1996-cı ildən bəri müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. O, 2012-ci ildən bəri Lənkəran rayon icra hakmiyyətinin başçısıdır.

Bənzər yazılar

0.074388027191162