Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiev San-Fransiskoda ABŞ-ın “Silikon Vadisi”ndəki startap icmasının üzvləri və texnologiya şirkətlərində çalışan
azərbaycanlılarla görüşüb.
Milletinsesi.info xəbər verir ki , nazir bu barədə öz X sosial şəbəkə səhifəsində yazıb.
R.Nəbiev bildirib ki, görüş zamanı mütəxəssislərin ölkəmizin rəqəmsal sektorunun inkişafına nə kimi töhfə verə biləcəyi və Azərbaycandan mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.






























