Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Milletinsesi.info xəbər verir ki , “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,11 faiz artaraq 64,43 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.





































