Bakıda qadın intihara cəhd edib

 01-04-2022

Bakıda qadın intihara cəhd edib. “Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.

Çoxmərtəbəli binadan atılan qadın müxtəlif xəsarətlər alıb. Onun Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilir.  Hadisə yerinə polis əməkdaşları gəlib.

Bakıda çoxmərtəbəli binanın eyvanından özünü atan yeniyetmə qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, 2006-cı il təvəllüdlü qız reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.

Bənzər yazılar

0.49609804153442