Bu gün Azərbaycan siyasətində öz sözünü demiş, dövlətçilik yolunda ömrünü sərf etmiş bir şəxsiyyətin – Vəhdət Partiyasının qurucularından və ideya daşıyıcılarından biri olan Əbdülvahab Manafovun 75 illik yubileyidir.
Əbdülvahab müəllim uzun illərdir ki, təkcə partiyanın deyil, bütövlükdə ölkənin ictimai-siyasi həyatında özünəməxsus mövqeyini qoruyub saxlayan, düşüncəsi ilə yol göstərən, təcrübəsi ilə nəsillərə örnək olan ziyalılardandır.
Onun Vəhdət Partiyasının təşəkkülündə, istiqamətlənməsində və siyasi xəttinin formalaşmasında oynadığı rol, yaratdığı ənənələr bu gün də partiyanın inkişafında öz təsirini göstərməkdədir.
Bu yubiley təkcə bir insanın yaşı deyil — bir ömür yolunun təntənəsidir.
Fədakarlıqla, sədaqətlə, milli təəssübkeşliklə dolu bir həyatın 75 illik salnaməsidir.
Əbdülvahab müəllim siyasi mübarizədə sözünə, mövqeyinə, düzlüyə və prinsipiallığa arxalanan nadir ziyalılarımızdandır.
Əbdülvahab müəllimin düşüncə mədəniyyəti, ictimai proseslərə analitik baxışı, dövlətçilik təfəkkürü bu gün də həm Vəhdət Partiyasının, həm də bütöv cəmiyyətin ehtiyac duyduğu mənəvi dayaqlardan biridir.
Bu əlamətdar gündə Əbdülvahab müəllimi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, bitməyən enerjisi ilə xalqımıza və dövlətçiliyimizə xidmət yolunda yeni uğurlar arzulayıram.
Arzu edirəm ki, zəngin təcrübəniz, müdrik baxışlarınız və vətənə bağlılığınız bundan sonra da gənc nəslə örnək, güc versin.
Yubileyiniz mübarək, Əbdülvahab müəllim!
Bu yaşınız ömrünüzə nur, yolunuza daim uğur gətirsin!
Hörmətlə,
Tahir Abbas






































