Səhiyyə Nazirliyinə yeni səlahiyyət VERİLİB

 08-10-2022

Prezident İlham Əliyev “Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanda dəyişiklik edib.

Bu barədə dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.

Bənzər yazılar

0.46428799629211