>

Ukrayna ordusu Dnepropetrovsk vilayətində Tixoye kəndini azad etdi

 07-12-2025

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin Tixoye kəndini azad edib.

Milletinsesi.info xəbər verir ki bu barədə Ukraynanın 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadası məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna əsgərlərinin dəqiq və koordinasiyalı hərəkətləri, dəqiq planlaşdırması və cəsarəti sayəsində Tixoye kəndi rus hərbçilərindən tamamilə təmizlənib:

“Rəsmi olaraq bəyan edirik: 2025-ci il dekabrın 6-dan etibarən Tixoye kəndi Ukrayna Silahlı Qüvvələrinin 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadasının əsgərlərinin nəzarəti altındadır”.

Bənzər yazılar

0.085484981536865