>

"Karvan-Yevlax" "Şamaxı"nı SINAĞA ÇƏKƏCƏK

 07-12-2025

Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək.

Milletinsesi.info xəbər verir ki , günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Şamaxı" ilə üz-üzə gələcək.

Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.
 

Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.


Tərəflər arasında ilk dövrədə keçirilən matçda "Şamaxı" 3:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.

Bənzər yazılar

0.081762075424194