>

Beynəlxalq Cinayət Məhkəməsi: Putin barəsindəki həbs orderi qüvvədə qalacaq

 07-12-2025

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putin barəsindəki həbs orderi qüvvədə qalacaq.

Milletinsesi.info xəbər verir ki , bu barədə BCM-in baş prokurorunun müavini Najat Şamim bildirib.

O qeyd edib ki, Ukraynaya müdaxilə ilə bağlı aparılan istintaq sülh danışıqları ilə dayandırıla bilməz.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası real sülh razılaşması imkanı yaranarsa, BCM-dən işi müvəqqəti təxirə salmağı xahiş edə bilər. Lakin bu, yalnız fasilə olacaq, istintaqın ləğvi deyil.

Bənzər yazılar

0.14825987815857