>

Hikmət Hacıyev Qətər milli təhlükəsizlik müşaviri ilə GÖRÜŞDÜ

 06-12-2025

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd əl-Misnad ilə görüşüb.

Milletinsesi.info xəbər verir ki , Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.

Hikmət Hacıyev paylaşımda qeyd edib:

“Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”.


Bənzər yazılar

0.072845935821533