>

Danimarka Ukraynaya öz ərazisində silah istehsalına İCAZƏ VERDİ

 02-12-2025

Danimarka Ukraynaya öz ərazisində hərbi istehsal müəssisəsi qurmağa icazə verib.

Milletinsesi.info xəbər verir ki , bu barədə “Bild” yazıb.

Söhbət Ukrayna şirkəti Fire Point-in müəssisəsindən gedir. Şirkət Mindich ilə bağlı korrupsiya qalmaqalında adı keçmişdir.

Müəssisə Skryudstrup hava bazasının yaxınlığında raket yanacağı istehsal edəcək.
 

İstehsalın başlanğıcı 2026-cı ilə planlaşdırılıb. Bu gün Danimarka iqtisadiyyat naziri, bələdiyyə başçısı və Fire Point-in yerli şöbə rəhbəri gələcək fabrikin yerində torpağa kürek vurublar.


Qeyd edilib ki, bu, NATO-da ilk belə haldır.

Bənzər yazılar

0.07947301864624