>

Tahir Kərimli: “Kiminsə həbsi ilə Azərbaycanın Türkmənistana çevriləcəyi iddiası şişirdilmiş görünür”

 02-12-2025

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycanda müəyyən demokratik ənənələr - Həsən bəy Zərdabidən gələn mətbuat, Mirzə Fətəli Axundovdan gələn maarifçilik, Seyid Əzimdən, Sabirdən gələn satira ənənələri var:

“Azərbaycanda elə nəsillər yetişib ki, kiminsə həbsi ilə demokratik ənənələrdən tam imtina ediləcəyi fikri düzgün deyil. Tarixi bir nəfərlə bağlamaq da doğru deyil.  Deyirlər ki, müxalifət yoxdur. Məgər müxalifət var idi? Altı ildə bir kütləvi tədbir keçirə bilməyən məgər müxalifətdir?

Bilirsiniz, müxalifət nə vaxt uduzub? Sıra ilə AXCP, Müsavat, AMİP əl öpüb parlamentdə oturanda, onların dedikləri ilə oturub-duranda. Müxalifətçilik də, xalqın onlara inamı da itdi.

İndi ancaq marginal qruplardır ki, kiməsə ümid bağlayırlar. Hesab edirəm, etirazlar bir növ sosial media üzərində daha çox görünür, nəinki müxalifət partiyalarının fəaliyyətində.

İqtidar o qədər qüvvəlidir ki. 1990-cı illərdə bunlar öz müxalifətçiliklərini itirdilər, prinsiplərindən imtina etdilər, hakimiyyəti təhvil verdilər, zaman-zaman hakimiyyətlə əlbir oldular, indi isə hakimiyyətə düşmən kəsiliblər. Axı bu, səmimi deyil. Ciddi müxalifət olmayıb, yoxdur. Bu da açıq şəkildə görünür”.

Bənzər yazılar

0.067684888839722