Cəlilabad rayonunda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
Milletinsesi.info xəbər verir ki , yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
***13:51
Cəlilabad rayonunda bataqlıq zonasında yerləşən ovçuluq təsərrüfatında genişmiqyaslı yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, quru otlaq və sıx qamışlıq sahəsinin alışması nəticəsində yaranan tüstü kilometrlərlə uzaqdan belə seçilir.
Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin xüsusi texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və alovun nəzarətə götürülməsi istiqamətində intensiv işlər görülür.
Yanğının başvermə səbəbləri araşdırılır.





























