>

Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir"

 01-12-2025

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibə verib.

MillətinSəsi.info-nun xəbərinə görə, diplomat müsahibənin linkini özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

Materialda qeyd olunur ki, Hikmət Hacıyev Brüsseldəki Azərbaycan Respublikasının səfirliyində keçirilən brifinq zamanı Avropa İttifaqı ilə əlaqələr, enerji və regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq barədə Bakının mövqeyini təqdim edib.

Diplomat Azərbaycanın cari gündəliyini Cənubi Qafqazda müharibədəki qələbədən sülhün qazanılmasına (from winning the war to winning the peace) keçid kimi xarakterizə edib.

H.Hacıyev, həmçinin Zəngəzur dəhlizindən də danışıb. O qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəhliz tam fəaliyyətə başladıqdan sonra ildə 15 milyon ton yükün daşınmasını təmin edəcək və Azərbaycan hissəsində işlərin 2026-cı ildə tamamlanması gözlənilir.

H.Hacıyev bildirib ki, Bakı Avropa İttifaqını da bu yeni nəqliyyat tərkibinin bir hissəsi kimi görmək istərdi.

Bənzər yazılar

0.069689989089966