>

Azərbaycanın yaddaşına qara hərflərlə yazılan 30 noyabr 2021-ci il

 30-11-2025

30 noyabr 2021-ci il - həmin gün Qaraheybət səmasında baş verən helikopter qəzası təkcə bir aviasiya hadisəsi deyildi - o, xalqımızın sinəsinə çəkilmiş dərin bir ağrı, şəhidlik zirvəsinə ucalan 14 igidimizin müqəddəs hekayəti idi.

O gün göy üzünə yüksələn hərbiçilərimiz Vətənə xidmət borcunu yerinə yetirirdilər. Lakin taleyin sərt hökmü onları vətənin ən uca məqamına - Şəhidlik zirvəsinə qovuşdurdu.

Qaraheybət səmasında baş verən helikopter qəzasında Şəhid olan hərbçilərimizin adları:
 
1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;
2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. Mayor Həsənov Elmir Mircəlil oğlu;
4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. Mayor Mayılov Emil Şahid oğlu;
6. Mayor Məmmədov Murad Yaşar oğlu;
7. Mayor Əliyev Emil Elman oğlu;
8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. Leytenant Süleymanov Abdulla Telman oğlu;
13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).
 
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu isə yaralanıblar.
 
Bu qəhrəman oğulların hər biri Azərbaycanın gücünü, ruhunu, sədaqətini daşıyırdı.
 
14 igidimizin hər biri bu torpaq üçün nəfəsini, ömrünü, canını əsirgəməyən vətən övladları idi.
 
Onlar Azərbaycan bayrağının üç rənginə qurban gedəcək qədər mərd, torpağın hər qarışını öz canı qədər müqəddəs biləcək qədər vətənpərvər idi.

Azərbaycanın hər bir qarış torpağı, dövlət bayrağımızın daim yüksəkliklərdə dalğalanması, hər zəfər anı məhz belə oğulların canı, qanı, mərdliyi hesabınadır.

Şəhidlərimizin ruhu qarşısında ehtiramla dayanır, ailələrinin, ordumuzun və bütün xalqımızın dərdini bölüşəm.

Onların ailələrinin, yaxınlarının və bütün xalqımızın dərdini bölüşür, şəhid analarının qarşısında sonsuz sayğı ilə dayanırıq.

Bu ağır faciədən sonra ölkə rəhbərliyinin göstərdiyi siyasi iradə, həyata keçirilən güclü dövlət quruculuğu və hərbi islahatlar bir daha sübut etdi ki, Azərbaycan şəhidini unutmur və unutmur ki, onların qanı yerdə qalmayıb.

Dövlətin qüdrəti, ordumuzun yenilənən gücü, regionda yaradılan yeni reallıqlar bunu təsdiqləyir.

Hər il olduğu kimi bu ildə Qaraheybət şəhidlərinin ruhu qarşısında baş əyir, şəhidlərimizi dərin ehtiramla anırıq.

Onlar bu xalqın yaddaşında əbədi yaşayacaq, onların izi Azərbaycan tarixində silinməz olaraq qalacaq.

Qəhrəmanlarımız nur içində yatsın.

Tahir Abbas
MillətinSəsi.İnfo saytının təsisçisi və baş redaktoru

Bənzər yazılar

0.10477805137634