Gəncədə maşın ağaca çırpılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində baş verib.
Hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Nuran Nurlan oğlu Hacıyev idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Sonra zərbənin təsirindən avtomobil aşıb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.





























