>

Kəlbəcərdəki yanğın Laçın rayonu ərazisinə keçdi

 30-11-2025

Kəlbəcərdə açıq ərazidə baş verən yanğın genişlənərək Laçın rayonu ərazisinə keçib.

Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, hazırda yanğın Laçın rayonun adsız yüksəkliklərində quru ot massivində davam edir.

Əraziyə FHN-in 4 rayon Laçın, Kəlbəcər, Gəncə və Tərtər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğınsöndürmə əməliyyatlarını davam etdirir.

Bənzər yazılar

0.073576211929321