>

XƏBƏRDARLIQ: Azərbaycanda hava şəraiti dəyişəcək

 30-11-2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Bizim.Media-ya bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Bənzər yazılar

0.084043025970459