“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu” təşkilatçılıq və öz əhatə dairəsinə görə xüsusi əhəmiyyətə malikdir.
Bunu Newscenter.az-a “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı deyib. Onun sözlərinə görə, QHT Agentliyi bu kimi forumlar təşkil etməklə ictimai sahənin inkişafına mühüm töhfələr verir:
“Forum çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətləri ölkəmizdə səfərdədir".
Ayşən Fəxrəddinqızının sözlərinə görə, Bakıda keçirilən Forumda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirələri və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” təşkil olundu ki, bu müzakirələrdə aktual məsələlərə toxunuldu:
"Eyni zamanda Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis konfransı və “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunub ki, bütün bunlar gələcək perspektivdən xəbər verir”.
A.Fəxrəddinqızı onu da qeyd edib ki, TDT-nin fəaliyyəti ilə bağlı əldə olunan razılaşmaların reallaşmasında ictimai sahənin rolu mühümdür:
"Bu baxımdan belə bir Forumun təşkil olunması vətəndaş cəmiyyətinin inkişafına, əlaqələrin genişlənməsinə təsir göstərəcək".
Ayşən Fəxrəddinqızı: ""TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu” xüsusi əhəmiyyətə malikdir"
25-11-2025
Bənzər yazılar
Adəm İsmayıl Bakuvi: "Bakı–Bratislava tərəfdaşlığında nəqliyyat və enerji əsas xəttə çevrilir"
10-12-2025
Ramiz Mehdiyev və Əli Kərimlinin gizli siyasi ittifaqı və ya çevriliş planının pərdəarxası
06-12-2025



































