Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov özünə yeni köməkçi təyin edib.
MillətinSəsi.İnfo "Unikal"a istinadla xəbər verir ki, Ceyhun Cəlilov Ali Məclisin deputatı və səlahiyyətli nümayəndənin köməkçisi Ramiz Məmmədovu işdən çıxararaq bu vəzifəyə Səlahəddin Cəlilovu gətirib.
Fotoda Ramiz Məmmədov

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi yanında köməkçi təyinatı ilə bağlı mətbuatda yayılan xəbər həqiqəti əks etdirmir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, səlahiyyətli nümayəndəlik strukturunda "köməkçi" ştat vahidi mövcud deyil.
Qeyd edək ki, sabiq səlahiyyətli nümayəndənin köməkçisi qismində adı çəkilən Ramiz Məmmədov isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır və hazırda fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Ramiz Məmmədov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov və sabiq nümayəndə Fuad Nəcəflinin köməkçisi olub.




































