>

Ukrayna sülhündən əvvəl Azərbaycan və Ermənistan Rusiyanın Qafqaza qapısını bağlamalıdır

 23-11-2025

Politoloq Vasif Əfəndi: "Vladimir Putinin idarəetmə üsulu Rusiya cəmiyyətini tam çürüdüb"

Dünya nizamında gedən geopolitik dəyişikliklər Cənubi Qafqaz üçün həm böyük risklər, həm də nadir fürsətlər yaradır.

Cənubi Qafqaz indi tarixin ən kritik dövrlərindən birini yaşayır. Xüsusilə, Azərbaycan və Ermənistan “Ukrayna–Rusiya sülh razılaşması“ əldə olunana qədər öz aralarındakı sülhü imzalamağa məcburdurlar.

Bu prosesdə Azərbaycan və Ermənistanın öz aralarında sülhü sürətlə imzalamağa çalışması yalnız regional barışa yox, həm də strateji təhlükəsizliyə xidmət edəcəkdir. Çünki Kremlin davranışları bunu açıq göstərir.

Rusiya “imperatoru” Vladimir Putin hər fürsəti dəyərləndirib, Qafqaza yenidən soxulmaq üçün gözləmə mövqeyindədir.

Psixoloji sabitliyini itirmiş, qaniçən avtoritar Vladimir Putin XXI əsrin ən dağıdıcı siyasi fiqurlarından biridir. Onun idarəçiliyi qəddarlıq, repressiya və İmperiya xəstəliyinə tutulmuş şovinist zehniyyət üzərində qurulmuşdur.

Vladimir Putin idarəetmə üsulu Rusiya cəmiyyətini tam çürüdüb. Rüşvətxorluq dövlətin qanını soran sistemə, korrupsiya issə Kremlin əsas idarəetmə mexanizminə çevirilib.

Məmur harınlığı dövlət bütün strukturlarını iflic edib, rus şovinizmi isə V.Putinin aqressiyasına ideoloji bəraət verən alətə çevrilib. Belə bir rejimin Qafqaza qayıdışı regionun gələcəyini məhv edə bilər.

Rusiya Ukraynada müharibəssi fasilə götürdükdən sonra Cənubi Qafqaza dönəcək. Bu tarixin də, Vladimir Putinin psixologiyasının da diktə etdiyi qanundur. Moskva sülh adı altında hərbi kontingenti yenidən bölgəyə yerləşdirməyə, separatizmi alətə çevirməyə, dövlətləri daxildən zəiflətməyə çalışacaq.

Tarixdə bunun yüzlərlə nümunəsi var. Əgər Ermənistan və Azərbaycan indi hərəkət etməsə, sabah fürsət olmayacaq. Nikol Paşinyan və İlham Əliyev sülh müqaviləsini tələsərək deyil, yürüyərək imzalamalıdırlar.

Həm Ermənistan, həm Azərbaycan başa düşməlidir ki, gecikən hər gün Kremlin əlini gücləndirir. Regionun gələcəyi üçün yeganə ağıllı yol budur.  Sülh müqaviləsi Ukrayna razılaşması əldə olunmazdan əvvəl imzalanmalıdır.

Bu addım: Rusiyanın Qafqaza dönmək planlarını alt-üst edəcək, Ermənistanı Moskvanın əsarətindən qoparacaq, Azərbaycanın müstəqil geosiyasi xəttini möhkəmləndirəcək, Cənubi Qafqazı Kreml siyasətinin girovundan azad edəcək.

Gecikmək tarixi şansı əldən verməkdir. Bu artıq nə emosional çağırışdır, nə də populist şüar. Bu, Cənubi Qafqazın sağ qalması məsələsidir.

Rusiya harada əsgər saxlayırsa, orada müharibə donmur, orada suverenlik tam olmur,vvə orada sabitlik kağız üzərində qalır.Qafqazın rahat nəfəs alması üçün yaalnız bir yol var, o da sonuncu rus əsgərinin Qafqazı tərk etməsidir.

Əks halda Moskvanın “sülhməramlı” adı altında oynadığı çirkli oyunlar yenə davam edəcək. Bu tarixi bir fürsətdir və onu dəyərləndirmək vacibdir. Bu fürsət bir daha gəlməyə bilər.

Cənubi Qafqaz ya öz müstəqil sabitliyini quracaq, ya da yenidən Rusiyanın köhnə Qafqaz siyasətinin ağuşuna qayıdacaq. Başqa yol yoxdur.

İndi qərar vaxtıdır!
İndi sülh vaxtıdır!

İndi Kremlin qapılarını bağlamaq vaxtıdır!

Bənzər yazılar

0.068928003311157