>

Səməd Həsənov yüksək vəzifəyə TƏYİN EDİLDİ

 18-11-2025

Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.

Milletinsesi.info xəbər verir ki , bu barədə "Report.az"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayacaq.

S. Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə Belarus Respublikasının Yanka Kupala adına Dövlət Universitetini bitirib.

O, 2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) baş layihə meneceri kimi başlayıb, müxtəlif vəzifələrdə işləyib. 10 avqust 2023-cü ildən AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru vəzifəsində işləyib.

Bənzər yazılar

0.070045948028564