>

Azərbaycan- Aİ əməkdaşlığının prioritetləri MÜZAKİRƏ EDİLDİ

 18-11-2025

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətlərin genişləndiyi vurğulanıb.
 

Qeyd edilib ki, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir. Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər.
 


Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.

Bənzər yazılar

0.070266008377075