Noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Milletinsesi.info xəbər verir ki , bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.





























