>

Metropoliten əməkdaşının stansiyada halı pisləşdi, xəstəxanaya yerləşdirildi

 17-11-2025

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının halı pisləşib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə metronun "Əhmədli" stansiyasında baş verib.

Səhər saatlarında stansiyada xidmət aparan metropoliten əməkdaşı qəfil özünü pis hiss edib.

Dərhal əraziyə təcili tibbi yardım briqadası gəlib və qurum əməkdaşı xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

0.074659824371338