>

Jurnalist Sakit Muradovdan Emin Əmrullayevin trollarına SƏRT CAVAB:  "Dünənə qədər susub kənardan baxanlar..."

 16-11-2025
"Son zamanlar Emin Əmrullayevin siyasətini tərifləyənlərin birdən-birə çoxalması səmərəli deyil."
 
MillətinSəsi. İnfo xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti, jurnalist Sakit Muradov qeyd edib.
 
O daha sonra bildirir: "Dünənə qədər susub kənardan baxanlar indi sosial şəbəkələrdə "islahatların fəzilətlərini" izah etməyə girişiblər. Niyə?
 
Əvvəllər şəxsi maraqlarla qurulan kurs biznesləri, qeyri-rəsmi “tanışlıq üstünlükləri” və köhnə oyun qaydaları vardı.
 
İndi yağını itirməkdən qorxanlardan sığortalamaq üçün tərifdirməyə icazə verin. Sanki bu gün bir az artıq danışsalar, sabah sistemlərini görməyəcək, yaxud “toxunmayacaq”.
 
Bu, əsla əsaslanan yox, qorxuya əsaslanan tərifdir. Peşəkar mövqe deyil – öz taleyini qoruma instinktidir."

Bənzər yazılar

0.098639011383057