>

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu

 15-11-2025

Deputatlar Anar İsgəndərov, Rəşad Mahmudov, Maşhur Məmmədov və Fariz İsmayılzadə, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn vətənpərvər insanlar Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Pəncəli Teymurovun Astara rayonunun Əzərüd kəndindəki məzarını ziyarət ediblər və ailəsinə baş çəkiblər.

MillətinSəsi.İnfo xəbər verir ki, ev muzeyinin qarşısında keçirilən anım tədbirində şəhidin şərəfli həyat yolu və vətən uğrunda göstərdiyi xidmətlər xatırlanıb.

Şəhid Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib: "Oğlumun qəhrəman olduğunu bilirdim və inanırdım ki, dövlət başçısı oğluma yüksək dəyər verəcək.

Bu gün Zəfərimizin 5-ci ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev bizi ikiqat sevindirdi. Allah ona cansağlığı versin. Prezidentimizə, Birinci vitse-prezidentimiz Mehriban Əliyavaya təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin", - Vahimə Teymurova əlavə edib.

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib ki, bu gün ailəsinin sevincinin həddi-hüdudu yoxdur: "Cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirdə idim. Prezident İlham Əliyevin qardaşım Pəncəli Teymurovla bağlı Sərəncam imzalaması, ona Milli Qəhrəman adı verməsi barədə məlumat aldım. Xəbəri eşidəndə sevincdən gözlərim doldu. Dövlət başçısına təşəkkürümüzü bildirirəm. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin".

Tədbirdə Prezident İlham Əliyevin şəhidlərimizin xatirəsinə göstərdiyi diqqət və qayğıdan ehtiramla danışılıb.






Bənzər yazılar

0.086643934249878