>

Ançelotti: "Modriç heç bir məşqi buraxmayan yeganə oyunçu idi"

 15-11-2025

"Real"ın sabiq baş məşqçisi, hazırda Braziliya millisini çalışdıran Karlo Ançelotti keçmiş futbolçusu Luka Modriç haqqında danışıb.

Milletinsesi.info xəbər verir ki , mütəxəssis hazırda "Milan"ın formasını geyinən40 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər səsləndirib:

"Ən yüksək səviyyədə oynamağa davam etdiyi üçün çox şadam. Bu, mənim üçün heç də təəccüblü deyil. Çünki onun bir məqsədi var - dünya çempionatı. Modriç "Real"da heç bir məşqi buraxmayan yeganə oyunçu idi".

Qeyd edək ki, Ançelotti 2013-2015 və 2021-2025-ci illərdə Madrid təmsilçisini çalışdırıb. Modriç isə 2012-2025-ci illərdə bu komandada oynayıb.

Bənzər yazılar

0.075496912002563