>

ABŞ-da yaşayan Vaqif Allahverdiyev də Baş Prokurorluğa ÇAĞIRILDI

 14-11-2025

ABŞ-da yaşayan Vaqif Cəfər oğlu Allahverdiyev də Baş Prokurorluğa çağırılıb.

Milletinsesi.info xəbər verir ki , bu barədə İctimai Televiziya məlumat yayıb.
 

ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.


Bildirilib ki, o, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Bənzər yazılar

0.072400093078613