Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Volodimir Zelenski arasında telefon danışığı olub.
Milletinsesi.info xəbər verir ki , bu barədə V.Zelenski “X” hesabında paylaşım edib.
Ukrayna lideri paylaşımında İlham Əliyevin Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində həlak olanlarla bağlı başsağlığı verdiyini diqqətə çatdırıb:
“İlham Əliyevə dəstəyinə və xalqımıza başsağlığı verdiyinə görə minnətdaram. Ötən gecə rusiyalılar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, Azərbaycan Səfirliyi də daxil olmaqla, obyektlərə ziyan dəyib”.






































