>

Biləsuvarda YOL QƏZASI – Yaralananlar var

 14-11-2025

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Milletinsesi.info xəbər verir ki , qəza rayon mərkəzinə yaxın ərazidə qeydə alınıb.

Məlumata görə, İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.
 

Nəticədə mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıb, onlara lazımi tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.070770978927612