>

Rusiyada müəllimin şagirdlərə qarşı zorakılıq etdiyinin ANBAAN VİDEOSU

 13-11-2025

Rusiyanın Primorsk diyarında məktəbdə baş verən qalmaqalla bağlı prokurorluq araşdırmaya başlayıb.

Milletinsesi.info xəbər verir ki , BAZA Telegram kanalında yayılan videoda məktəbin riyaziyyat müəlliməsinin şagirdlərə qarşı zorakılıq etdiyi əks olunub.

Valideynlərin sözlərinə görə, yeddinci sinif şagirdləri dərslərə qorxu içində gəlirlər, çünki müəllim tez-tez aqressiya göstərir — stulla hədələyir, uşaqlara əl qaldırır və bəzən onların ağzını skotçla bağlayır.

Məlum olub ki, hadisələr sinifdəki müşahidə kameralarının qarşısında baş verib. Kadrlar internetdə yayıldıqdan sonra məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatıb.

Hazırda baş verənlərin səbəbləri və məktəb rəhbərliyinin fəaliyyəti araşdırılır.


Bənzər yazılar

0.076972007751465