>

Nazir müavini: “Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı film çəkilir”

 12-11-2025

“Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanılıb.

Bunlardan artıq 50-si tamamlanıb, təhvil verilib. Bunlardan 5-i tammetrajlı filmdir”.
 

MÖVZU İLƏ BAĞLI:

 Ceyhun Cəlilov Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi TƏYİN EDİLDİ


Milletinsesi.info xəbər verir ki , bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, çəkilən filmlərdən 15-i Vətən müharibəsinə və Qarabağ mövzusuna həsr olunub.

“Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı filmin də çəkilişi davam edir. Bundan başqa, kino sənayesinə ayrılan vəsaitin ölkəmizdə çəkilən filmlərin tanınması və kino festivallarının keçirilməsi üçün xərclənməsi nəzərdə tutulub”.

Bənzər yazılar

0.068925857543945