>

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

 10-11-2025

Axşam radələrində Zaqatalada avtomobildən kişi meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Mazıx kəndinin ərazisində qeydə alınıb.

Belə ki, Muxax kənd sakini, 75 yaşlı Murtuzəli Dadamayevin meyiti “QAZ-24” markalı avtomobildə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

0.071680068969727