>

Premyer Liqada ayın məşqçisi AÇIQLANDI

 07-11-2025

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Milletinsesi.info xəbər verir ki , "Mançester Yunayted"i çalışdıran Ruben Amorim həmkarlarını qabaqlayıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin noyaby ayından "Mançester Yunayted"ə rəhbərlik edən portuqaliyalı mütəxəssis ilk dəfə ayın məşqçisi seçilib.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunun hər birində qalib gəlib. "Qırmızı şeytanlar" "Sanderlend", "Liverpul" və "Brayton"u məğlub edib.

Bənzər yazılar

0.070635080337524