>

Gəncədə maşın 39 yaşlı qadını xəstəxanalıq etdi

 04-11-2025

Gəncədə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1986-cı il təvəllüdlü Gülnar Cəfərovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan qadın Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.10373210906982