>

Bu qurumda elektron xidmətlərdən istifadə müvəqqəti DAYANDIRILACAQ

 04-11-2025

Noyabrın 7-si saat 21:00-dan noyabrın 11-nə qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.

Milletinsesi.info xəbər verir ki , bu barədə ƏMDX məlumat yayıb.

Qeyd edilib ki, bu səbəbdən göstərilən xidmətlərin və məlumat mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür.

Bənzər yazılar

0.071568012237549