>

DTX-nin saxladığı Miradələt Talışxanova 6 il müddətinə həbs cəzası verildi

 04-11-2025

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlətə qarşı açıq çağırışlarda ittiham olunan Mirədalət Talışxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milletinsesi.info xəbər verir ki , hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin qərarına əsasən, Miradələt Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunur ki, Talışxanov DTX əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 32.4 və 281.2-ci maddələri (dövlət əleyhinə açıq çağırışlara təhrik etmə və eyni əməlləri təkrarən və ya qrup halında törətmə) ilə ittiham irəli sürülüb.

Məlumata görə, Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. (Apa.az)

 

Bənzər yazılar

0.083331108093262