>

Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ

 31-10-2025

Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibini təsdiq edib.

Milletinsesi.info xəbər verir ki , Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan komissiyanın sədri təyin olunub.

Komissiyanın tərkibinə yeni üzvlər daxil edilib — Karen Andreasyan, Artaşes Tumanyan və Anahit Şirinyan.

Həmçinin Karen Andreasyan – Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi, Armen Xaçatryan – Baş nazir aparatının rəhbər müavini, Anna Karapetyan – Ədliyyə nazirinin müavini, Vağan Kostanyan – Xarici işlər nazirinin müavini, Robert Abisogomonyan – Xarici işlər nazirinin müavini, Anuşik Avetyan – İqtisadiyyat nazirinin müavini, Armen Qazaryan – Daxili işlər nazirinin müavini, Armen Simonyan – Ərazi idarəetməsi və infrastruktur naziri müavini, Kristine Qaleçyan – Ərazi idarəetməsi və infrastruktur naziri müavini, Avaq Avanesyan – Maliyyə nazirinin müavini, Artaşes Tumanyan – Baş nazirin müşaviri, Rafael Gevorkyan – Dövlət Gəlirləri Komitəsi sədrinin müavini, Gevorq Manukyan – Kadastr Komitəsi sədrinin müavini, Esayi Mkrtçyan – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, David Sanamyan – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, Artyom Sujyan – Baş nazirin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofis rəhbəri, Anahit Şirinyan – Təhlükəsizlik Şurası aparatının rəhbəri, Sergey Petrosyan – Silahlı Qüvvələrin Baş Qərargahının hərbi topoqrafiya xidmətinin rəisi, general-mayor, Saak Saakyan – Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş daşımalar idarəsinin hərbi rabitə xidmətinin rəisi, polkovnik, Karen Sarqsyan – Ərazi idarəetməsi və infrastruktur naziri müşaviri, Goar Abacanyan – “İnvestisiya Dəstək Mərkəzi” fondunun direktoru da komissiya tərkibinə daxildir.

Bənzər yazılar

0.071763038635254