>

Türkiyə səfiri Birol Akgün: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb”

 29-10-2025

"Müasir Türkiyə Respublikasının Birinci Dünya müharibəsindən sonra Anadolunu işğal etmək istəyən imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyində Türk xalqının həyata keçirdiyi milli mübarizədən sonra, 1923-cü ildə qurulub. Bu gün Cümhuriyyətimizin 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun.

Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. Tariximizin dərinliklərindən gələn dəyərlərdən, ilham və cəsarətdən güc alaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək”.

Milletinsesi.info xəbər verir ki , bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Bakıda Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərdə dərin kök salmış müstəsna bir qardaşlığın şahidiyik:

"Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilham və cəsarətlə, "Bir millət - iki dövlət" anlayışı çərçivəsində Türkiyə, can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağa davam edəcək. Prezident İlham Əliyevin liderliyində, "bir yumruq, bir ürək" olaraq işğal altındakı Qarabağ azad edilib və Azərbaycan öz milli sərhədləri daxilində tam suverenliyini təmin edib.

Regionda davamlı sülhün bərqərar olması, inkişafın başlanması və əlaqələrin artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə sülh və sabitliyin təmin olunmasından yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Buna görə də qalıcı sülhün təmin olunması hamımızın ən böyük arzusu və diləyidir. Atatürkün ifadə etdiyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", - deyə səfir vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu:

“Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb. Bölgədə davamlı sülhün təmin olunması, bərpa və inkişafın başlanması, eləcə də qlobal sabitliyin və rifahın artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Ona görə də, qalıcı sülhün təmin olunması hamımızın ən vacib məqsədidir”.

Bənzər yazılar

0.069272994995117