>

49 saylı marşrutdan ŞİKAYƏT: "Sürücü qapıları bağlaya bilmir"

 24-10-2025

Bakıda marşrut xəttində yaranan sıxlıq narazılıq yaradıb.

Bu barədə Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, 49 nömrəli xətt üzrə hərəkət edən avtobuslar arasında interval çox olduğu üçün günün pik saatlarında həddən artıq sıxlıq yaranır.

"Avtobusda o qədər sıxlıq olur ki, sürücü qapıları bağlaya bilmir. Səhər-axşam əsəbi tarıma çəkən sərnişinlərlə sürücü arasında mübahisə yaranır. İşə və evə tez getmək istədiyimiz halda yollarda qalırıq", - deyə şikayətdə bildirilir.

Bənzər yazılar

0.068943023681641