Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov 65 yaşında vəfat edib.
MilllətinSəsi.İnfo APA-ya istinadla xəbər verir ki, Nəriman Qurbanov bu gecə dünyasını dəyişib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun ölüm səbəbi məlum olub.
O, ötən gecə evində olarkən qəfil infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
O, Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq, N.Qurbanov yazıçı və ssenarist Əhmədağa Muğanlının oğludur.






























