>

Sabahın HAVA proqnozu

 27-10-2025

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidməti yayıb.
 

Havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Bənzər yazılar

0.072918176651001