“Krımda Rusiya hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının hücumunu dəf etməyə çalışarkən səhvən öz hərbi təyyarəsini vurub”.
Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk jurnalistlərə açıqlamasında məlumat verib.
“Ukraynalıların hücumunu dəf etməyə çalışarkən onlar öz təyyarələrini vurdular,” – deyə Pletençuk bildirib.
Onun sözlərinə görə, gecə saatlarında Krıma endirilən zərbələrdən sonra yarımadada daha bir Rusiya neft bazasında yanğın baş verib.
Qeyd edək ki, oktyabrın 17-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları tərəfindən Krıma hücumlar həyata keçirilib. Hücum nəticəsində “Kedr” MMC-yə məxsus neft bazasında yanğın qeydə alınıb.



































