“Putin Trampla danışığı zamanı vurğulayıb ki, “Tomahawk” raketlərinin mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək, lakin ölkələrarası münasibətlərə ciddi zərbə vuracaq”.
Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayarkən deyib.
Uşakovun sözlərinə görə, söhbət boyu Rusiya-Ukrayna münaqişəsinin “ən çətin məsələ” olduğu qeyd olunub:
“ABŞ prezidenti qeyd edib ki, münaqişənin başa çatması əməkdaşlıq üçün böyük perspektivlər açacaq. Ümumilikdə telefon danışığı çox faydalı olub və iki lider əlaqəni davam etdirmək barədə razılığa gəliblər”.

































