“Akkuyu” Atom Elektrik Stansiyasında (AES) tezliklə elektrik enerjisi istehsalına başlanacaq.
Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Çox yaxında Akkuyu AES-də elektrik istehsalına başlayacağıq. Amma bununla yanaşı, bu sahədə digər layihələrimiz də var. Biz nüvə energetikasına investisiyaları davam etdirəcəyik və müxalifətin bizi diskreditasiya etməyə çalışan tənqidlərinə məhəl qoymayacağıq,” – deyə Ərdoöan deyib.
Qeyd edək ki, daha əvvəl, Türkiyə Energetika Naziri Alparslan Bayraktar açıqlamışdı ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə işə salmağı planlaşdırır.






































