>

Qızılın qiymətində TARİXİ REKORD

 15-10-2025

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , Comex əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4200 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir.

Bakı vaxtı ilə saat 5:12-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 unsiyası üçün 4202,4 dollar təşkil edib.

Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər.


Bənzər yazılar

0.069067001342773