>

Bu qidaları yenidən isitmək təhlükəlidir!

 14-10-2025

Bəzi qidaları bişirdikdən sonra yenidən isitmək sağlamlıq üçün risk yarada bilər.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , qidanın tərkibindəki bəzi maddələr istiliklə kimyəvi dəyişikliklərə uğrayaraq zərərli vəziyyətə gələ bilər.

İsidilməsi məsləhət görülməyən qidalar

İspanaq və digər yarpaqlı tərəvəzlər

Bu tərəvəzlərdə nitrat maddəsi var. Yenidən isitdikdə nitrat “nitrit”ə çevrilir və bu da sağlamlıq üçün zərərli təsir göstərə bilər.

Göbələk

Göbələyin zülal quruluşu isitmə zamanı pozulur. Üstəlik düzgün saxlanmadıqda bakteriya və toksin əmələ gələ bilər.

Kartof

Otaq temperaturunda uzun müddət qalan bişmiş kartofda bakteriyalar çoxala bilər. Təkrar isitmə isə onları tam məhv etmir.

Düyü

Bişdikdən sonra isti yerdə saxlanılan düyü, bakteriya sporlarının çoxalması üçün əlverişli mühit yaradır. Bu da qida zəhərlənməsi riskini artırır.

Toyuq və toyuq yeməkləri

Toyuqda zülal strukturu yüksək temperaturda dəyişə bilər. Mikrodalğalı sobada bərabər isinmədiyi üçün bakteriya riski yaranır.

Mütəxəssislər qidaları bişirdikdən sonra otaq temperaturunda uzun müddət saxlamamağı və yalnız bir dəfə isitməyi tövsiyə edirlər. (Pravda.az)

Bənzər yazılar

21.086318969727