>

Tramp “Time” jurnalına narazılıq etdi: “Fotomu dəyişdirin”

 14-10-2025

ABŞ prezidenti Donald Tramp “Time” jurnalının üz qabığında yerləşdirilən fotosundan narazı qalıb və onun dəyişdirilməsini istəyir.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki bu barədə Ağ Evin sahibi sosial şəbəkədə yazıb.

“Time jurnalı mənim haqqımda nisbətən yaxşı bir məqalə yazıb, amma fotoşəkil, yəqin ki, bütün dövrlərin ən pisidir. Saçlarım “yox olub”, başımın üstündə isə üzən tacı xatırladan, amma çox kiçik bir şey peyda olub. Həqiqətən qəribədir! Mən heç vaxt müxtəlif bucaqlardan çəkilməyi sevməmişəm, amma bu, çox pis bir fotodur və onu dəyişdirmək lazımdır. Onlar niyə belə edirlər?”, – ABŞ prezidenti şikayətlənib.



Bənzər yazılar

0.071754217147827