>

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qəzzaya qayıdan HƏMAS döyüşçüləri digər klanların üzvlərini güllələdi – VİDEO

 14-10-2025

Qəzzaya qayıdan HƏMAS döyüşçüləri digər klanların üzvlərini açıq şəkildə edam etməyə başlayıblar. Məqsəd mümkün rəqibləri aradan qaldıraraq siyasi meydanı təmizləməkdir.

Milletinsesi.info Bizim.Media ya istinadən xəbər verir ki , bu barədə görüntüləri Telegram kanalları yayıb.

Rəsmi olaraq bu edamlar İsraillə əməkdaşlıqda ittiham olunanlara qarşı həyata keçirilir, lakin əslində söhbət HƏMAS-la on illərdir gərgin münasibətdə olan, çoxlu silaha və təsirə malik bir klanın üzvlərindən gedir. Onları indiyə qədər sadəcə dözülərək toxunulmaz saxlayıblar.

Qeyd edək ki, İsrail qoşunları Qəzzadan çıxandan sonra HƏMAS döyüşçüləri yenidən qruplaşıb və İsraillə əməkdaşlıq edən fələstinli klanlara qarşı genişmiqyaslı əməliyyat başladıb.

Ümumilikdə, israillilərin bölgədən çıxması HƏMAS-a rəqibləri ilə hesablaşmaq və siyasi meydanı təmizləmək imkanı yaradıb. Bu da gələcəkdə xarici qüvvələrin Qəzzada HƏMAS strukturlarından asılı olmayan müstəqil idarəetmə qurmaq cəhdlərinin qarşısını almağa xidmət edir.


Bənzər yazılar

0.12622404098511